Ürək ağrısı ilə Türküstanda qardaş savaşını izlərkən, əlimizdən gələn olmadığına görə ancaq üzülürük. Olaylara müdaxilə edib, bu qarşıdurmanın durdurulmasına yardımçı olamasaq da, hadisələri obyektiv olaraq dəyərləndirməklə, ulusumuzun gələcəyinə işıq saçabilən pəncərələrin açılmasına çalışmaq hər birimizin milli borcu sayılmaqdadır. Gərçəkçi təhlildən danışarkən, əlbətdəki bəziləri kimi, məqsədim millətimizi heçə saymaq, milli varlığımızı inkar etmək, Türk dünyası təfəkkürünü xəyalat hesab etmək kimi düşük və qaralama cümlələrdən yazmaq deyil
. Ancaq, bu düşüncə ilə yanaşı, dövlətlərimizin və millətimizin boynuna düşən görəvi icra etməməsini yazmaqdan qaçınmaqda, məntiqi sayılmamaqdadır. Şübhə yoxdur ki, Qırqızıstandakı yeraltı qaynaqlar, jeopolitik durum və orada yaşıyan eyni millətin balalarının özünü tanımaması, bu can yaxan hadisələrin səbəbləri kimi ölçülməlidir. Bunda da şübhə yoxdur ki, bir millətin özünü tanımaması, tarixini bilməməsi, milli kimliyindən uzaqlaşması, o millətin fəlakətinin başlangıcıdr. Qırqızıstanda axıdılan qanlar və onun durudurulması üçün kimlərə başvurulması açıqca göstərdi ki, təəssüflə o ölkədə hələdə Rus heyranlığı, biz Güneylilərin başının bəlasi olan Fars heyranlığı ilə qoşa getməkdədir. Demək ki, geçən 20 ildə, Türk millətinin oyanaraq yaxınlaşması üçün çalışmaları inkar etməməklə birlikdə, qaldırılan hay küydən istənilən nəticəni alamamışıq. Başqa ölkələr, özəlliklə böyük dövlətlər özlərinin maddi, mənəvi və siayasi çıxarlarını nəzərə alaraq, özbək Türkü ilə Qırqız Türkününü bir - birinin qanını axıdmasından dildə üzülsə də, biz Türklərin qardaş yasına batmasından duyduğumuz acı, əlbətdəki başqa bir sancıdır.
Sayın Dövlət Bahçalının 15.06.2010 tarixində,Türkiyə böyük millət məclisindəki MHP qrup toplantısında çıxışında verdiyi təklif bu acı dərdin təzahuru sayılmalıdır. O dedi “ Türkiyə cumhur başqanı Güney Korəyə gəzisini kəsməli, təcili olaraq Azərbaycan, Kazaqıstan, Türkmənistan, Özbəkistan cumhur başqanları və Qırqızıstan geçici höküməti ilə əlaqəyə girməlidir. Təcili toplantı geçirərək bu qardaş qırqının önünü almaq üçün plan hazırlayıb icra edilməlidir”. Sayın Bahçalı, Özbəkistan və Türkmənistanın Türk dünyasına baxış zaviyəsini məndən yaxşı bilir. Bakiyevin, Naxcuvan zirvəsindəki təklifi olan “ gələn iclasın Bişkekdə geçirilməsini” də unudmamışdır. Əmin və arxayınam ki, insanların inancına mütənasib davranmasınında fəlsəfi anlamını dərindən anlamışdır. Türk ulusunun son iki yüz ildə düşdüyü bəlaları sezmiş, Güney Azərbaycanda millətimizin başına gətirilən əzabları anlamış, Uygur Türklərinin düşdüyü cəhənnəmin dərinliklərində yanan soydaşların naləsini eşitmişdir. Onun üçündə bu anlayışların yanında, Türkiyədə bugün başverənləri, Türk demokrasisinin qarantı olan milli ordunun başına
1
gətirilənləri, Ermənistan açılımı ilə qoşalaşan ziddi milli açılımları, məzlum Filistin xalqının müdafiəsi bəhanəsi ilə teror qruplarına haq qazandırmaları, yardım gəmilərində 9 sadəlövh, Təbrizlilərin ifadəsi ilə “Türkəsov” vətəndaşın cənazələrinə Quran ayəsi yazılmasını, islam adı daşıyan İran Fars ırqçılarının atom bombasına arlanan qapıları daşıyan əllərin, beyin yarıqlarında nələrin yatdığını düzgün tərəzidə ölçməlidir. Qulağının dibində, dünyanın ən məzlum və geri saxlanılmış 30 milyon Azərbaycan Türkünün, ildə ortalama 2500 gəncinin tutulub zindanlarda zəncirələn gəncləri haqda bir kəlimə danışmıyan vəya danışamıyan bir zehniyətin mahiyətini düzgün dəyərləndirmək gərəkməkdədir.
Şübhə yoxdur ki “ Yurtda sülh, cihanda sülh” ilkəsinə dayanaraq Türkiyənin qonşuları ilə sıfır probləm güdən siaysət, bulunduğumuz bölgə və dünya ölkələri ilə yaxın ilişkilər, modern demokrasi anlayışına yaxınlaşmaq projələri, iqtisadi inkişaf mekanizminin ayarlanması siyasətləri təqdirə layiq olduğu qədər alqışlanmalıdır. Sayın Davudoğlunun” biz eksendən qaymamışıq, ama, bölgəmizdə atom bombasına qarşı olduğumuz kimi dünya barışını təhlükəyə düşürənlərlə bir xətti yeritməkdən də üzürlüyük” dəyərli sözlərinə də qoşulmamaq olmaz. Ancaq, istər tarixdən alınması gərəkən dərslər, istər Avrupa şovinizmi, Rus empiryalist yuxusu, Fars ırqçı düşüncəsi və pan Ərəbizmin bugünkü durumu, başqa gərçəkləri ortaya qoymaqdadır. Təfəkkür dayrəmizdə çalxalanan və dünya siyasətinə uyuşmuyan xəyalatla, ədalət və barışı, Türk milli kimliyindən qoparaq həyata geçirmək mümkün olmuyacaqdır. Mövla Əli buyurmuşdur” ədalət, hər şeyin olması gərəkən yerdə olmasından ibarətdir”. Yuxarıda sıraladığım müsbət siaysətlərdən müsbət nəticə almaq üçün bu qatarın doğrultusu, Türklük yolundan sapdırılarsa, təməli zəyif körpüdən geçərkən aşar və bütün qatar sel sularında boğulabilər. Heç bir millətin haqqını danmadan, heç bir impiratorluq fikrini daşımadan, heç bir millətə nifrət etmədən,Türk birliyinin gücünü artırmaqla, özümüzə, əzilənlərə və dünya xalqlarına ədalət süfrəsini açmaqda başarılı olabiləcəyimiz inkar edilməzdir.
Bütün bu fikirləri və baş verən hadisələri bir - birinin yanına qoyarq, ideolojik yol xəritələrindən geçən körpülərin kökünü incələrsək bir nəticə çıxar. İstər Qırqızıstan hadisələri, istərsə də gözdən iraq gönüldən iraq bundan sonra Türk dünyasında oxşar olayların düyünlərinin çözülməsi üçün Türkiyəni unutmamaqla birlikdə, təkcə ona bel bağlamaq doğru sayılmaz.
Onun üçündür ki, Qırqız- Özbək düyününü kökündən həll etmək üçün, Türk dünyasında milli mövqeləri anlamlı olan Qazaqıstan və Azərbaycanın dövlətləri qollarını çırmalıyaraq, sayın “Dövlət bəy Bahçalının” təklifini uygulamağa çalışması ən vacib addım sayılmaqdadır. Bu durum, başqa ölkə başçılarımızda
2
da öz güvəni artırar, qapıda bəkliyən Rus ordusunu içəri çağırmaqdan çəkindirər.
Bunun yanında, bütün Türk dövlət və topluluqlarında, hakimiyət- müxalifət mücadiləsinə qoşulmamış, tanınmış milli şəxsiyətlərin, bir araya gəlməsi, Qırqızıstan düyününün açılmasında, böyük rol oynuya bilər. Hər hansı bir ad altında bu insanların toplanması, siaysi çizgilərdən uzaq, ancaq milli mənlik və varlığımızın qorumasında və gələcəkdə bənzər olayların önlənməsindəki təsiri inkar edilməzdir.






