az.ozgurluq

  • Iran
  • Increase font size
  • Default font size
  • Decrease font size
JA slide show
Home Ötək Ötək Fərmani-Şahi

Fərmani-Şahi

e-Posta Yazdır PDF
Öncə Allahü təalaya sığınıram. Biliniz ki, şah İsmayıl Səfəvi, 906-ci ildə zühur etdi. Cahil xalqdan bir qisini yanına topladı. Bu alçaq dünyanı və nəfsinin istəklərini ələ keçirmək üçün, müsəlmanlar arasına fitnə və fəsad soxdu. Əshabi kirami söyməyi, şiəliyi ortaya çıxardı. Böyləcə müsəlmanlar arasına büyük bir düşmanlıq soxdu. Münafıqlik və saldırmaq bayraqlarının açılmasına səbəb oldu. Öylə oldu ki, kafirlər, rahat və qorxusuz yaşayır, müsəlmanlar isə, bir-birlərini yeyir. Bir-birlərinin qanlarını, namuslarını tələf edir. İştə bunun üçün, Muğan məydanındakı toplantıda, büyük-küçük həpiniz, məni şah yapmaq istədiyiniz zaman bu istəyinizi qəbul edərsəm, siz de, şah İsmayıl zamanından bəri, ölkəmizdə yerləşmiş olan bozuq inançlardan və boş sözlərdən vaz keçəcəyinizi bildirmişdiniz. Qiymətli dədələrinizin məzhəbi olan və mübarək adətlərimiz olan, dörd xəlifənin haqq və doğru olduğuna qəlb ilə inanacağınızı və dil ilə də söyləyəcəyinizi, bunları, söyməkdən, kötüləməkdən saqınacağınızı və dördünü də sevəcəyinizi söz vermişdiniz. Iştə bu hayırlı işi qüvvətləndirmək üçün, seçilmiş alimlərdən, dininə bağlı yüksək zaatlardan soruşdurdum. Həpsi dedi ki, Peyqəmbərimizin haqq yoluna çağırdığı gündün bəri, Səhabe-i raşidin olan dört xəlifənin hər biri, dini- mubinin yayılması üçün, canlarını və mallarını fəda etdilər və bu uğurda, çoluk-çocuklarından, əmi və dayılarından ayrıldılar və hər sözə, iftiraya, oxa qatlandılar. Bundan dolayı, Rəsulullah əfəndimizin xüsusi söhbətləri ilə şərəfləndilər. Böyləcə (mühacirlərdən və ənsarlardan, iləri olanlar) məalindəki ayet-i kərimə ilə mədh və sənaya qovuşdular. Yaxşıların əfəndisi vəfat etdikdən sonra, ümmətin işlərini görən, Əshab-i kiramın büyüklərinin sözbirliyi ilə, xilafətə, birinci xəlifə, mağara arxadaşı Əbu-Bəkr-i Sıddık (r.a) gətirildi. Bundan sonra, xəlifənin təyin və Əshab-i kiramın qəbul etməsi ilə hazrət-i Ömər Faruk (r.a) və ondan sonra, altı kişi arasından və sözbirliyi ilə, Zinnurəyn Osman bin Affan (r.a) və bundan sonra, Allahın aslanı, arayanların aranılanı, şaşılacaq şeylərin xəzinəsi, əmir-ül-müminin Ali ibni əbi Talib xəlifə oldu. Bu dört xəlifədən hər biri, kəndi xilafətləri zamanında bir-biriləri ilə uygun, hər türlü ayrılıq ləkəsindən təmiz idi. Qardaşlıq və birlik üzərə idilər. Hər biri, İslam məmləkətlərini şirkdən və müşriklərin kinindən qorudular. Bu dört xəlifədən sonra, müslimanlar iman və itikadda birlik idi. Hər nə qədər, zaman və asrlar geçməsi ilə, islam alimlərinin oruç, hac, zəkat və başqa yapılacaq işlərdə ayrılıqları oldu isə də, fəqət inanılacaq şeylərdə və Rəsulullahı (s.a.s) və onun Əshabını sevməkde və həpsini xalis olaraq tanımaqda heç bir qüsur və nöqsan və bozuqluq və gevşəklik olmadı. Şah İsmayılın ortaya çıxmasına qədər bütün İslam məmləketləri, böylə saf və təmiz idi. Sizlər səlim ağlınızla və təmiz qəlblərinizin irşadı ilə, sonradan çıxarılan, Əshab-ı kiramı söymək və şiə olmaq yolunu, çox şükür buraxdınız. Din-i islam sarayının 4 təməl dirəyi olan dört xəlifənin sevgisi ilə qəlblərinizi süslədiniz. Bunun üçün, mən də, bu söz verdiyimiz beş qərarımızı, göylər kimi yüksek, qaraların və dənizlərin xaqanı, haraməyn-i şərifeynin xidmətçisi, yer üzünün ikinci Zülqərneyni, büyük İslam padişahı, qardaşımız, Rum məmləketlərinin sultanına bildirməyi söz verirəm. Bu işi arzumuza uyqun olarak bitirəlim. Bu yazdıqlarımız, Allahü təalanın yardımı ilə, çabuq meydana çıxsın! Şimdi bu xeyirli işi qüvvətləndirmək üçün, əllame-i uləma (molla Ali Əkbər) molla başı və başqa yüksek alimlərimiz bir təzkirə yazdılar. Böyləcə, bütün şübhə pərdələrini yırtdılar. Yaxşıca anlaşıldı ki, bütün bu iftiralar, bidətlər və ayrılıqlar, şah İsmayılın çıxardığı fitnələrdən doğmuşdur. Yoxsa ondan öncəki zamanların hiç birində və islamın başlanğıcında, bütün müsəlmanların imanları, düşüncələri tək bir yolda idi. Bunun üçün, Allahü təalanın yardımı ilə və Onun qəlblərimizə sunması ilə, bu şərəfli və yüksek qərarı almış bulunuyoruz. İslamiyyətin başlanğıcından, ta şah İsmayılın çıxmasına qədər bütün müsəlmanlar, xülafai-i raşidini haqq, doğru xəlifə bilirdi. Hər birini haqlı olaraq xəlifə oldu bilirlərdi. Bunları söyməkdən, kötüləməkdən çekinirlərdi. Xətib əfəndilər və böyük vaizlər, minbərlərdə və dərslərdə, bu xəlifələrin iyiliklərini, gözəl hallarını, üstünlüklərini söylərlərdi. Mübarək ismlərini söylərkən və yazarlarkən ehtiramla yad edilərdi. Dərin alim və üstünlərin özü (Mirza Muhamməd Ali) həzrətlərinə əmr eylədim ki, bu (Ferman-i hümayun)umuzu, bütün ölkə şəhrlərinə yaysın. Millətim də eşitsin və qəbul eyləsin. Buna uymamak, qarşı gəlmək, Allahu təalanın əzabına və şahənşahın qəzəbinə səbəb olacaqdır. Böylə bilələr.

* “Hücuci-Qətiyyə” Türkiyə Diyanət İşləri Vaqfı Yayınları
 

İsti Qonu

 

Boykot qərarı seçkilərin nəticələrinə təsir edəcəkmi?

Müxalifətin təsis etdiyi "Qarabağ və Respublika Uğrunda" və "Respublikaçılar" tə...

 

Abdulla Gül: İran-Amerika münasibətlərində yumşalma hiss olunur

İranda səfərdə olan Türkiyə prezidenti, Mahmud Əhmədinejad və İranın dini lider...

 

Ermənistanla sərhədləri açmaq olmaz

Vaşinqtonda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin üzvləri Şükrü Əl...