Günümüzdə bizlərə doğal sayılan haqların çoxu elə nəçə il bundan öncəsinə dək olağansız(imkansız) idi. Bunlardan biri də qadınların yaşadıqları ölkədə, o ölkənin siyasal, toplumsal, ekonomik deyişimlərində səs vərmə,seçib-seçilə bilmə haqqı ola bilməkdir.Qadınlar min illər boyu kölgədə saxladılıb, siyasətdən uzaq tutulmuşdurlar.
Qadının yetkisi yox diyə biri yada biriləri onun adına danışmış,onun adına qərarlar vermişdir.Bu bütün dünyada aşağı-yuxarı biri -birinə bənzərliklərı olan bir qayda halına gəlmişdir. İnsan özgürlüyünə qarşı bu davranışda din xadimlərinin rolu çox böyük olmuşdur. Elə ki Qadınların oxuma-yazmaları belə böyük günah sayılmışdır. Xırıstiyan ölkələrinin hardaysa bütününlügündə aqıllı qadınlara deyişik adlar verilərək tonqallarda diri-diri yandırılıb yada dara çekilmişlər. Müsalman ölkələrdə isə savadsız din xadimləri özlərini yer üzündə tanrının numayəndələri sayaraq qızın yeri evin dibidir diyə özlərindən fətvalar verib, qadınları oxullardan (məktəblərdən) uzaqlaşdırıblar. Qadın daşqalaqı indi də var bəzı islamı ölkələrdə yasal(qanuni) olaraq işlənilməkdədir. İnsanlığa yaraşmayan bu davranışlar qadınların siyasal,toplumsal gəlişmələrinin(inkişaflarının) önünüdə dayanıb və onları bu alanlarda(sahələrdə) kölgədə saxlamışdır. Bütün bunlara qarşı deyişik dönəmlərdə deyişik yerlərdə ayağlanmalar(üsyan) olmuşdur.Ancaq bu ayağlanmalar tək-tək olduğundan dolayı bir sonuca varmamışdır(nəticə verməmişdir).Get-gedə aydınlaşan və öz haqları ilə tanış olan qadınlar bütün çetinliklərə baxmayaraq uzun və olduqca ağır bir mubarizə başlatmışlar. 1700-ci lərin sonunda Fransada başlayan bu mubarizə sonunda ikinci dünya savaşından(1939-1945) sonra olumlu(musbət) sonuc verməyə başlamışdır. Sözsüz ki bu qədər zun sürən Qadın Hərakatnın başında Fransa qadınları gelməkdədir.Fransanın 1789-1792 illərində kı devrimində(inqilabında) qadınların rolu çox böyük olmuşdur.Çağımızda haqq və özügürlüklərin ana təməli sayılan bu devrimidə fransa qadınları kişilərlə birgə bütün göstərilərə qatılaraq toplumdakı haqsızlıqlara qarşı səslərini yüksəldmışi idlər. Ancaq devrimdən sonra kişilər bəzi haqlar eldə etsələrdə qadınlara heç bir haqq tanınmadı. 1830-1848 illər arasında olan devrimlərdə də qadınlar yenə kişilərlə birgə haqsızlıqa qarşı savaşdılar.Bu ayağlanmalar qanlı bitdib qadınların bir çoxı öldürülüb bir çoxu isə tutqlanaraq ağır cəzalandırıldılar.. Ayağlanmanın sonucu kişiler səs haqqı qazanırkən qadınlar isə kiçik haqlar əldə bildilər. Elə bu zaman qadınlar öz dərnəklərini yaradıb,siyasi görüşlerə qatıla bildilər.Aancaq Keçmiş devrimdəki kimi bu yol da yurddaşlıq haqqı ,seçib-seçilmə haqından yoxsun buraxıldılar..1852 –ci ilində yenə qadınların eldə etikləri o kiçik haqlar yasaqlandı.Bütün dərnəkləri bağlanaraq, qadınların kişilərlə toplantılara qatılmaları suc sayıldı. Bu yasaqlanmada Katolik kilisalarının böyük rolu var idi .Onlar qadınların yerini evdə uşaq yətirməkdə kişilərə xidmət etməkdə görüb, siyasal və toplumsal qərarlarda yetkilərinin olmamasını açıqladılar. Bu duruma qarşı çıxan qadınlar tutuqlanıb uzun və ağır cəzalara mehküm edildilər.Elə bu çağda qadın dərnəklərinin başçılarının bir çoxu İngiltərəyə qaçmayı seçdı. Bu illərdə Jeanne Deron adlı bir qadın dergi çıxararaq qadınların mubarizəsini sürdürüb, onların ana istəklərini yaymaya başladı. 1870- ilində yenidən ayağlamalar başlanıb monarxıya dağıldığdan sonra qadınlar kiçik haq və özgürlüklər əldə etsə də fransa qadınları 1944 ilində bütün vətəndaşlıq huqunu əldə edərək səs vərmə, seçib-seçilmə haqqını qazandılar. Bu mucadiləyi fransa qadınları başlatsada bir çox ölkədə qadınlar onlardan daha tez yurddaşlıq, səs vermə, seçib-seçilmə haqlarını əldə etməyi bacardılar. O dönəmdə fransa qadınlarından etkilənən İngiltərə qadınları örgütlənməyə başladı. 1897-ilində Milicen Fawcett İngiltərədə Qadınları Ulusal Birliyini “National Union of Women`s Suffrage” adı altında ilk qadın örgütünü yaratmayı bacardı. Ancaq bu örgüt yasalara uyqun hərəkət etdiyi üçün bir sonuc eldə edə bilmədi. Daha sonar 1903- ilində Emmeline Pankhurst yarı militant olan Qadınların Sosyal və Siyası “Women´s Social and Political Union” örgütünü yaratdı. Örgüt barş boytunu aşaraq qanlı göstərilər düzənləmək nədəni ilə yasaqlanıb və Emmeline Pankhurst tutuqlanaraq üç il boyu tutsaqda qaldı. Ancaq İngiltərə qadınları öz istəklərini iləri surməyi bacradı. Bu çalışmalar böyük ilgi gördü. Toplumun öndə gedən aydın kişiləridə hərəkətə qatılaraq sonunda 1918- ilində Böyük Biritanyada qadınlar vətəndaşlıq haqlarını əldə edərək səs vermə, seçib-seçilmə haqını da qazandılar. Bununla yanaşı Rusiya da 1917-ilində baş verən devrimdə qadınlar kişiləin yanında yer alaraq öz güclərini göstərib 1918-ilində səs vermək haqqını eldə etdilər.
Türküyədə isə qurtuluş savaşının sonucu 1923- ilində Mustafa Kemal Atatürk öndərliyində Türküyə Cumhuriyətinin quruluşu ilə qadınlar siyasal həyata da var olma mücadiləsinə ilk kəz 1923- ilındə başladı. Qurtuluş savaşında böyük özverilər(fədakarliq) göstərən və savaş alanında hər türlü savaşan qadınlar, ilk qadın partiyasını 'Qadınlar Xalq Firqəsi ( Kadınlar Halk Fırkası)'nı, Nəzihə Muhittin'in başçılığı altında 1923- ilində qurmaq istedi. Ancaq partiyanın quruluşuna, qadınlara oy haqqı tanımayan 1909 tarixli Seçim yasası gərəyincə izin verilmədi. Buna görə də partiya qurma girişimi, dərnək qurmaqla sonuçlandı.
1923 - ilində Cumhuriyet'in bildiriş ilə birlikdə qadınlara da qapılar açılmaya başladı. 1924 -ilində bütün eyitim quruluşları ,Ulusal Eyitim Baxanlığı'na bağlanırkən, qızlar da oğlanlarla eşit haqlar altında eyitim görmeyə imkan verildi. Ancaq Türkiyə'də qadınlar 20 Mart 1930'da bələdiyə seçimlərində seçib- seçilmə haqqı qazandılar. Millətvəkili seçimlərində seçib-seçilmə haqına isə 1934-ilində anayasa deyişikligiylə qovuşdular. 1935'də ilk olaraq məclis seçimlərinə qatılan türk qadınları məclisdə 17 qadın millətvəkili ilə böyük bir bacarıya damğa vurdular.

Bu qutsal (muqədəs)haqqı aşağıda sırayla ad çəkərkən, bu yolda canlarını verən bütün qadınları sayğı və sevgi ilə yad etməmək mümkün deyildir.
Qadınların Səs Vərmə haqqı il sırası ilə ;
1893 Yeni Zelanda
1902 Australiya
1906 Finlandiya ( hələ 1907 ilində Finlandiyanın Milli məclisində 19 qadın millətvəkili var idi)
1913 Norveç
1915 Danmarka, Islanda
1917 Kanada (bir bölümü) daha sonra 1920 de bütün qadınların səs vermə haqlarını unaylamışdır.
1918 Estonya, Almanya, Macaristan, Irlanda ,Qırqizstan, Latviya, Litvanya, Lehistan(Polşa), Rusya, BöyükBiritaniya (ancaq qadinlarin bütünlükdə səs vermə haqqları1928)
1919 Ağ Ruysiya, Belçika, Luxemburg,Ukraina (Belçika daha sonra 1921 ilində bütünleşdirmişdir)
1920 Albaniya, Kanada, Çekiya , Sloavakiya, Amerika Birləşmiş Devlətləri
1921 Azərbaycan,İsveç, Belçika, Gürcüstan, Ərmənistan
1924 Qazaqıstan, Moğulıstan, Tacikistan
1927 Türkmənistan
1928 Irlanda
1929 Ecuador , Rumaniya
1930 Türkiyə, Güney Afriqa (yalniz ağ lar üçün)
1931 Şili , Portugal, Spaniya, Sri Lanka
1932 Maldaviya, Tayland, Uruguay
1934 Berziliya, Kuba
1935 Myanmar
1937 Filipin
1938 Boliviya , Özbekistan
1939 El Salvador
1941 Panama
1942 Dominika Cumhuriyəti
1944 Bulgarstan, Fransa, Camayka
1945 Xırvatistan, Indonesiya, Italiya, Japon, Senegal, Slovenia
1946 Kamerun, Quzey Kore, Guatemala, Liberiya,Venezuela, Vietnam, Jugoslaviya
1947 Arjantin, Malta, Mexika, Pakistan, Singapor
1948 Israel, Nigeriya, Güney Korə
1949 Bosna , Çin, Costa Rica, Suriyə
1950 Haiti, Hindistan
1951 Nepal
1952 Boliviya, Yunanistan, Lobnan
1954 Beliz, Colombiya, Qana
1955 Kamboja, Eritreya, Etiopiya, Niceriya , Peru
1956 Mısır, Gabon, Somaliya
1957 Malaysiya, Zimbabve
1958 Çad
1959 Madagaskar, Tunis, Tanzaniya
1960 Qıbris, Gambiya, Tonga
1961 Bahamas, Burundi, Rvanda, Sierra Leone
1962 Elcəzair, Monako, Uganda, Zambiya
1963 Afghanistan, Kongo, *Iran, Kenya, Mərakeş
1964 Libiya, Sudan
1965 Botsava
1967 Yəmən
1970 Andorra
1971 İsveçrə (Schweiz )
1972 Bangladeş
1973 Bahrin
1974 Urdon
1980 Iraq
1989 Namibiya
1993 Qazaqistan(yenidən) Savyetlər birliyindən bağımsızlığını aldıqdan sonra yeniləmişdir.
1994 Güney Afrika (qaralar) 1994 ilinə dək tekcə ağ derili qadınların səs vermə haqı varıydı.
2004 Kuveyt
Bilgiler BMT”nin(Birləşmiş Millətlər Təşkilatı) verdiyi bilgiyə dayanır.Adları çekilən ölkərin bezisi qadın haqlarını tanımır. Bəziləridə təkcə bir bölümünü tanimağdadır.
* İran qadınların səs vermə haqını tanısa da Birləşmiş Millətlərin Təşkilatının Qadınlar haqında olan anlaşmayı qəbul etməmışdir.Eləcədə BMT” nin Uşaqlar haqında anlaşmasının bütününü deyil belkə bezi bölümlərini qəbul etməkdədir.
* Burada artırmamız gərkli olan çox önemli olay isə, Güney Azərbaycan da 1945 ilində Milli Hükümət dönəmində Qadınlara səs,seçib,seçmə haqqı verilmişdir.O çağda Avrupanın öndə gələn ölkələrinin bir çoxu bunu həyata keçirməmişdi.
efsane.s.sayinqala@hotmail .com

efsane.s.sayinqala@hotmail