az.ozgurluq

  • Iran
  • Increase font size
  • Default font size
  • Decrease font size
JA slide show
Home Toplumsal Toplumsal Ankara’da “Urmu Gölü Qurumasın” yığıncağı hayata keçirildi

Ankara’da “Urmu Gölü Qurumasın” yığıncağı hayata keçirildi

e-Posta Yazdır PDF

Traxtur futbol yığması dәstәkçilәrinin Urmu Gölü’nün qurumasını protesto aksiyasına dәstәk olaraq Türkiyә’dә yaşayan Azәrbaycanlılar Ankara’nın Gölbaşı bölgәsi Atatürk Sahil Parkı’nda “Urmu Gölü Qurumasın” adlı bir yığıncaq hәyata keçirdilәr.

Şәnbә 03 Aprel tarixindә gәrçәklәşdirilәn bu aksiyada Türkiyә’dә yaşayan onlarca Güney vә Quzey Azerbaycan Türkü iştirak edib әllәrindә daşıdıqları yazı ve rәsimlәrlә Urmu Gölü’nün qurumasına İran hakimiyәti tәrәfindәn göz yumulmasını protesto etdilәr.

Sәssiz protesto olaraq gәrçәklәşdirilәn bu yığıncaqda simgәsәl olaraq gölә su tökülüb daha sonra basın bildirisi oxunaraq yığıncağa son verildi.

Artırmaq lazımdır ki, bu yığıncaqın basın bildirisindә Cuma Günü 02 Aprel’dә İran polisinin Urmu Gölü әtrafına toplaşan on minlәrcә Azәrbaycanlının dinc yığıncağına şiddәtlә qarşı durub onlarca vәtәndaşımızı tutuqlayıb vә döyәrәk yaralaması da qınandı vә hәbsә alınan vәtәndaşlarımızın әn qısa zamanda qeydsiz-şәrtsiz olaraq sәrbәst buraxılması istәndi.

 

Son Güncelleme ( Aragün, 04 Qırçan 2010 19:31 )  

İsti Qonu

 

Boykot qərarı seçkilərin nəticələrinə təsir edəcəkmi?

Müxalifətin təsis etdiyi "Qarabağ və Respublika Uğrunda" və "Respublikaçılar" tə...

 

Abdulla Gül: İran-Amerika münasibətlərində yumşalma hiss olunur

İranda səfərdə olan Türkiyə prezidenti, Mahmud Əhmədinejad və İranın dini lider...

 

Ermənistanla sərhədləri açmaq olmaz

Vaşinqtonda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin üzvləri Şükrü Əl...