az.ozgurluq

  • Iran
  • Increase font size
  • Default font size
  • Decrease font size
JA slide show
Home Toplumsal Toplumsal Güney Azərbaycanda yüzlərlə soydaşımız həbs olunub - yeni videogörüntülər

Güney Azərbaycanda yüzlərlə soydaşımız həbs olunub - yeni videogörüntülər

e-Posta Yazdır PDF

 İran adlanan yerin təhlükəsizlik qüvvələri aprelin 2-də Urmiya gölünün yaxınlığında körpünün üzərinə toplaşmış və gölün suyunun qurudulmasına etiraz edən yüzlərlə azərbaycanlı fəalı həbs edib. İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası (ADAPP) bəzi tutulanların kimliyini açıqlayıb.

Bunlar Yavər Camali, Mürtəza Əvəzpur, Məhəmməd Tacdehi, Mənsur Seyfi, Ərsəlan Zarei, Həmid Valayi, Əhməd Valayi, Hüseyn Nəsiri, Əsgər Səduqi, Məhəmməd Təbrizi, Əli Bağbani, Yaqub Ramazani, Yaqub Cavani, Rəhbər İsmaili, Rəşid Bazbaz, Cavid Nəzmi, Əhməd Qulipur, Ehsan Ramazani, Əsgər Furutəni, Hadi Xudabəndə, Cəlil Budaqi, Məhəmməd Məhəmmədlu, Əzizxan Sadiqzadə, Seddiqi və sairdir.
“Baybak” saytı isə tutulanların adlarını aşağıdakı kimi açıqlayıb. Bunlar ADAPP-ın məlumatındakı adları çıxmaqla Yaşar (Taliqanı məhəlləsi), Nasir (Dəvəçi məhəlləsi), Yaşar (Urmiya), Həbib (Dəvəçi məhəlləsi), Savalan Araz (40 Metir), Əsğər (Nisfirah), Hüseyn (Duman), Hadi, Lalə, Nəimə, Quli Qadiri, Şişəvani və sairdir.
Son məlumatlara görə, həbsə alınanlardan 25 nəfəri İlxıçı rayon Polis İdarəsində saxlanılır. Onların kimliyilə bağlı hələlik məlumat yoxdur. Bundan əlavə, Üskü rayon Polis İdarəsinə göndərilmiş 47 soydaşımızdan 36-sı mülk girovu müqabilində azadlığa buraxılıb. Ancaq 11 nəfər hələ ki, polis idarəsində saxlanılır. Onların kimliyi haqqında hər hansı məlumat yoxdur.

Aksiyadan yeni videogörüntülər

http://www.youtube.com/watch?v=b5dgdXSLw4g

http://www.youtube.com/watch?v=7YkV6S9uJrc

http://www.youtube.com/watch?v=2tP8m29RRU8

http://www.youtube.com/watch?v=238Q95Fbois

http://www.youtube.com/watch?v=EGbQkIf4bkM

http://www.youtube.com/watch?v=FEhNoOEUIrE

 

İsti Qonu

 

Boykot qərarı seçkilərin nəticələrinə təsir edəcəkmi?

Müxalifətin təsis etdiyi "Qarabağ və Respublika Uğrunda" və "Respublikaçılar" tə...

 

Abdulla Gül: İran-Amerika münasibətlərində yumşalma hiss olunur

İranda səfərdə olan Türkiyə prezidenti, Mahmud Əhmədinejad və İranın dini lider...

 

Ermənistanla sərhədləri açmaq olmaz

Vaşinqtonda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin üzvləri Şükrü Əl...